xari

Milan Obradoviç: "De Byazi müdafiədə ciddi nizam-intizam tələb edir"

İDMAN
17:40 02.04.2021
215
"Mənim üçün Serbiya millisinin Bakıya gəlişindən yaxşı nə isə ola bilməz. Həmyerlilərimin səfəri məni sevindirdi".

Bu fikirləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç "sportklub.rs" saytına açıqlamasında Serbiya yığmasının DÇ-2022-nin seçmə mərhələ oyunu üçün Bakıya səfəri barədə danışarkən deyib.

Serbiyalı mütəxəssisin sözlərinə görə, pandemiya səbəbindən həmyerliləri ilə demək olar, görüşə bilməyib: "Oteli ziyarət etmək qadağan olunduğundan, onlarla istədiyim kimi görüşüb, söhbət edə bilmədim. Hətta bir fincan çay içmək imkanı belə, olmadı".

Canni De Byazinin Azərbaycanın əsas millisindəki işini də dəyərləndirən Obradoviç italiyalı mütəxəssisin yığmaya inam gətirdiyini söyləyib: "O, arxa xətdə beş müdafiəçi ilə ciddi nizam-intizam tələb edir. Mütəşəkkil, məqsədyönlü, döyüşkən kollektiv formalaşdırıb. Nəticədən asılı olmayaraq, daim şans axtarırlar. Hətta kosmosdan rəqib gəlsə belə, Azərbaycan onun üçün çox təhlükəli ola bilər. De Byazi komandaya əminlik və futbolçularda öz gücünə inam hissi gətirib".

44 yaşlı mütəxəssis U-21 yığmasındakı vəziyyətə də toxunub: "Pandemiya bizi ölkədə qalmağa məcbur etdi. Vəziyyət digər yığmalar üçün də yaxşı deyil. Amma mən getdiyimiz yoldan razıyam, Əsas komandanın son təlim-məşq toplanışında bir neçə gənc futbolçumuz var idi. Sayın mümkün qədər çox olmasını istəyirik".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin III turunda evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzub.
 
///Report

OXŞAR XƏBƏRLƏR