"Milan" və "Yuventus" Avropa Super Liqasından imtina etdi

"Milan" və "Yuventus" Avropa Super Liqasından imtina etdi
İDMAN
16:26 21.04.2021
529
İtaliyanın "Milan" və "Yuventus" klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.
 
AzxeberSport xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, daha əvvəl İtaliyanın "İnter", İspaniyanın "Atletiko" (Madrid), İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Superliqanı tərk edib.
 
İspaniyanın "Real Madrid" və "Barselona" klubu yarışdan imtina etdiklərini açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR