"Milan"ın idman direktoru Leonardo komandanı tərk etməyə hazırlaşır.
Buna səbəb braziliyalı futbol funksionerinin klubun icraçı direktoru İvan Qazidislə münasibətlərinin yaxşı olmamasıdır. Bundan başqa, komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi də Leonardoya inamı azaldıb.
Leonardonun yaxın günlərdə "Milan"la vidalaşacağı və "PSJ-yə keçəcəyi gözlənilir. O, 2011-2013-cü illərdə də Paris klubunda idman direktoru vəzifəsində çalışıb.
goal.az