"Milan"ın müdafiəçisi Emerson Royal cari mövsümün sonunda klubu tərk edə bilər.
İnsayder Nikolo Şiraya istinadən xəbər verir ki, İtaliya təmsilçisinin rəhbərliyi 26 yaşlı futbolçunu yay "transfer pəncərəsi"ndə başqa komandaya satmağa hazırlaşır.
Braziliyalı oyunçunun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Qeyd edək ki, Emerson Royal cari mövsüm "Milan"ın heyətində 26 matçda iştirak edib, 6 sarı vərəqə alıb. Komanda hazırda 47 xalla 9-cu pilədə qərarlaşıb.