'Milan'nın ulduz futbolçusu 'Fənərbaxça' yolunda

İDMAN
15:50 22.01.2013
1558

Türkiyənin “Fənərbaxça”klubu “Milan”ın braziliyalı hücumçusu Robinyonu heyətinə qatmaq üzrədir.

Əvvəl Robinyonun qarşılığında 10 milyon avro istəyən “Milan” “Fənərbaxça” nın 8 milyonluq təklifi ilə razılaşıb. Futbolçu özü isə 2 gün möhlət istəyib. “Fənərbaxça” Robinyoya ilinə 3 milyon 250 min avro təklif edib.

Qeyd edək ki, daha əvvəl “Real Madrid” və “Mançester Siti”nin də formalarını geyinən Robinyo “Milan”da 74 matçda 22 qol vurub.//qol.az

OXŞAR XƏBƏRLƏR