Millət vəkili sual verir: "Dəvəçinin suçu nə?"

MARAQLI
21:14 09.12.2010
2231

 İclasda Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi adlandırılması və "Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə xatırladıb ki, bir müddət öncə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılıb: "İndi Şabran ictimaiyyəti, Təzəkənd əhalisi bu kəndin adının Dəvəçiyə dəyişdirilməsini istəyir". Millət vəkili Fəzail İbrahimli deyib ki, Dəvəçinin adının dəyişdirilməsinə ehtiyac yox idi: "Türkiyənin telekanallarından birində nümayiş olunan "Fatmagülün suçu, nə?" filmindən xəbəriniz var. Dəvəçinin adı məsələsi yenidən gündəmə gələrkən bu yadıma düşdü. Dəvəçinin suçu, nə? Dəvəçinin günahı yox idi. Dəvəçi çox qədim bir məskən, yaşayış, yer adı idi. Başqa bir el məsəli də var ki, qırılan qoşundandır. Heç olmasa rayonun keçmiş adı kəndlərindən birinə verilir. Dəvəçinin adı heç olmasa bununla yaşayacaq". Müzakirələrdən sonra hər iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib./// olaylar.az

OXŞAR XƏBƏRLƏR