Millət vəkilləri paytaxtın dəyişdirilməsini tələb edir

MARAQLI
17:38 24.06.2011
1760
Artıq bu təcrübə qonşu Gürcüstanda da gələn ildən tətbiq ediləcək. Belə ki, 2012-ci ildən Gürcüstan parlamenti ölkənin ən böyük şəhərlərindən hesab edilən Kutaisidə fəaliyyət göstərəcək. 

Bəs Azərbaycanda necə, hər hansı dövlət qurumunun ölkənin böyük şəhərlərinə köcürülməsinə ehtiyac varmı?

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, hər hansı idarəetmə strukturunun və orqanının regionlara köçürülməsi effektiv ola bilməz. Paytaxtın dəyişməsi zəruridir və bu addım effektiv olar: “Hesab edirəm ki, daha çox paytaxtın dəyişməsi ilə bağlı məsələlər müzakirə oluna bilər. Bu da Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra. Münaqişə həll olunarsa, Azərbaycan paytaxtının Ağdama köçürülməsi daha məqsədəmüvafiq olar. Təbii ki, bunu daha çox mütəxəssislər hesablaya bilər ki, Ağdam bu tələblərə cavab verir və ya yox. Amma mənim düşüncəmə görə, tələblərə kifayət qədər cavab verir. Ağdam çox yaxşı paytaxt ola bilər”.

Millət vəkili Vahid Əhmədov da modern.az saytına bildirib ki, Mili Məclisin paytaxtdan kənarda fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Bununla belə, deputat qeyd edib ki, Azərbaycanda infrastruktur inkişaf edir, hər hansı dövlət qurumunun regionlarda fəliyyət göstərməsində heç bir problem yoxdur. Çünki infrastruktur regionlarda da müasir tələblərə uyğun şəkildə qurulur. 

OXŞAR XƏBƏRLƏR