Millət vəkili ATƏT-i 'ölü doğulmuş uşaq' adlandırdı

SİYASƏT
10:36 08.05.2013
1860

Uzun illər ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişin baş verməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirib.

AZXEBER.COM-un məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib.Onun dediyinə görə, siyasi partiya təmsilçilərinin ATƏT Parlament Assambleyasının (PA) Qarabağ məsələsi üzrə məruzəçisi Joao Suareşlə görüşündə də bu məqamı sözügedən şəxsin nəzərinə çatdırıb.“Onun diqqətinə çatdırdım ki, ATƏT hər zaman Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemlərinin Moldova və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da Azərbaycana münasibətdə eyni mövqeni sərgiləmir. Halbuki Abxaziya və Cənubi Osetiya Gürcüstana, Dnestryanı ərazi isə Moldovaya sonradan birləşdiriliblər.Dağlıq Qarabağ isə tarix boyu Azərbaycanın ərazisi olub. Bu baxımdan, ATƏT ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirməlidir. Məhz bu səbəbdən, Azərbaycan ictimaiyyətinin əhəmiyyətli hissəsində belə bir rəy formalaşıb ki, ATƏT-in bu münasibəti Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır.Joao Suareşə onu da dedim ki, ATƏT-in siyasətini müəyyənləşdirən dövlətlər münaqişənin həllini uzatmaqla, işğalçıya dəstək, işğala məruz qalana isə təzyiq yolunu seçməklə Azərbaycanın nə zamansa bezərək öz torpaqlarından imtina edəcəyini gözləyirlər. Son olaraq, ATƏT-in “ölü uşaq” kimi doğulduğu barədə fikirlərin həqiqət olduğunu xüsusi nümayəndəyə bir daha xatırlatdım”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb