Millət vəkili Ceyhun Osmanlı Sabirabad seçiciləri ilə görüşdü

Millət vəkili Ceyhun Osmanlı Sabirabad seçiciləri ilə görüşdü
16:25 06.06.2012
1821

6 İyun 2012-ci il tarixində Millət vəkili Ceyhun Osmanlı Sabirabad rayonuna səfər edib.  

AZXEBER.COM-un məlumatına görə, səfər çərçivəsində millət vəkili bir neçə işgüzar görüşlərdə olmuş və seçiciləri ilə görüşüb.

Görüşlərdə qarşılıqlı söhbət aparılmış, seçicilərin təklifləri dinlənilib. Millət vəkili rayonda aparılan abadlıq və yenidənqurma işləri ilə də yaxından tanış olub. 

Eyni zamanda Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Sabirabad rayonunun Qəzli kəndinə səfər etmiş və burada Qəzli kənd xəstəxanasında aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış olub.. Xəstəxanada aparılan işlərin hazırki vəziyyəti ilə bağlı öz razılığını bildirmiş və tapşırıqlarını verib. Millət vəkili qeyd edib ki, tikinti işləri ən müasir standartlara uyğun şəkildə həyata keçirilir.Xatırladaq ki, sözügedən xəstəxana ümumi əhalisi 12 000 nəfərdən artıq olan 5 kəndə (Qəzli, Quruzma, Qaraqaşlı, Yenikənd və Kovlar) xidmət göstərəcək. Yeni tikilən xəstəxana binası 5 aydan sonra rayon sakinlərinin istifadəsi üçün təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR