Millət vəkili: "Dünya erməniliyinə xidmət edən müxtəlif qurumlar, mətbuat orqanları var ki, zaman-zaman ölkəmizə qarşı böhtan atırlar"

SİYASƏT
18:06 23.07.2015
1072

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gözəl bir ənənə var.

AZXEBER.COM YAP-ın saytına istinadən xəbər verir ki, bunu “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
"Bu, hər beş ildən bir Azərbaycan milli mətbuatının yubileyinin keçirilməsidir. Heç bir sahənin, strukturun yubileyi beş ildən bir keçirilmir. Amma bu gözəl ənənəni bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev yaşadır" - deyən B. Sadıqov bildirib ki, Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüş yaddaqalan oldu.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı jurnalistlərin əməyinə, Azərbaycan mətbuatının inkişafına, ölkə jurnalistikasının bugünkü durumuna çox yüksək qiymət verdi. Eyni zamanda, qarşıya da çox mühüm vəzifələr qoydu.
"Bu vəzifələrin ən əsası iki istiqamətdir. Birincisi, Azərbaycanın qazandığı uğurları dünyaya, beynəlxalq aləmə çatdırmaqdır.
İkincisi, dünya erməniliyinə xidmət edən müxtəlif qurumlar, mətbuat orqanları var ki, onlar zaman-zaman fürsət gözləyirlər ki, Azərbaycanda uğurlu bir layihə, tədbir keçirilən kimi ölkəmizə qarşı şər-böhtan atsınlar.
Onların bu yalanlarının ifşa olunması istiqamətində müəyyən işlər görülür" - deyə, B.Sadıqov daha sonra vurğulayıb.
OXŞAR XƏBƏRLƏR