Millət vəkili: "Ermənistan yaxın zamanda Azərbaycana yalvaracaq"

Millət vəkili: "Ermənistan yaxın zamanda Azərbaycana yalvaracaq"
SOSİAL
14:26 09.01.2017
710
"Ermənistan SSR dövründə olduğu kimi, bu gün də müstəqil dövlət deyil. Müstəqil olmayan dövlətin müstəqil siyasəti ola bilməz. Hərbi cinayətkar Serj Sarkisyan və ətrafındakılar Şimal qonşumuz Rusiya tərəfindən Ermənistan deyilən qurumu idarə etmək üçün təyin olunublar”.
 
AZXEBER.COM xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
 
O qeyd edib ki, Ermənistan rəhbərliyi yalnız onlara verilən tapşırıqları yerinə yetirir: "Ermənistanda yaradılan hərbi xunta oranın əhalisini istismar edib, zülm verməklə məşğuldur. Ağaları nə tapşırıq versələr, S.Sarkisyan onu deyir və icra edir. Siyasi, diplomatik, iqtisadi, hərbi və digər bütün cəhətlərdən düşməni elə vəziyyətə salmışıq ki, Ermənistan yaxın zamanda məğlub tərəf kimi danışıqlar masasına əyləşmək üçün Azərbaycana yalvaracaq. Onlar buna məcbur olacaqlar”.
OXŞAR XƏBƏRLƏR