Millət vəkili ilə əməkdar artistin birgə işi - VİDEO

MƏDƏNİYYƏT
10:57 16.01.2013
1862
Sabah əməkdar artist Tünzalə Ağayeva musiqisi özünə, sözləri millət vəkili Qənirə Paşayevaya aid olan "Bir Dünya istəyirəm" adlı mahnına çəkdirdiyi klipinin təqdimatını keçirəcək . Tünzalə xanım açıqlamasında, 20 Yanvar faciəsinin 23-cü ildönümü ərəfəsində təqdim olunan mahnının Vətən uğrunda canından keçən şəhidlərimizin, bu günümüzdə də davam edən soyqırımların, savaşların, təcavüzlərin qurbanlarının əziz xatirəsinə bir ithaf olduğunu qeyd etdi.Müğənni "Bir dünya istəyirəm" kompazisiyanın dua kimi qəbul etdiyini deyir: “Bu mahnı, insan oğlunun öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün deyə, bir hayqırış, övladlarımızın sevgi, hüzur dolu bir dunyada yaşamaq istəyinin bir ifadəsidir, hər birimizin savaşsız bir dünya qurmağa çağırışıdır. Bu mahnı Rəbbimizdən insanlıq adına əfv istəyidir, bir Duadır."

OXŞAR XƏBƏRLƏR