Millət vəkili: "İndi də məmurların "saxladığı" qadınlar özbaşınalıq edir"

Millət vəkili: "İndi də məmurların "saxladığı" qadınlar özbaşınalıq edir"
SOSİAL
13:04 19.04.2018
5756
Fazil Mustafa: "Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir"
 
"Məmurların özləri ilə bərabər, qohumlarının "saxladıqları" qadınların özbaşınalığı Azərbaycanda geniş yayılan anormal haldır”.
 
AZXEBER.COM xəbər verir ki, bunu "Sherg.az”a millət vəkili Fazil Mustafa söyləyib. O vurğulayıb ki, bu hərəkətlər qudurğanlıq və görməmişlik simptomlarının ortaya çıxardığı məqamlardır: "Belə davranan insanların böyük əksəriyyəti sanki özlərinin yaxın adamlarına, qeyri-qanuni "saxladıqları" qadınlara kredit kartı veriblər ki, istənilən özbaşınalığı edə bilərlər. Bu hala ölkədə qanunun aliliyini təmin etməklə son qoymaq mümkündür. Hər hansı şəxs məmurun yaxınıdırsa, bu o demək deyil ki, onlar sadə insanlara sayğısızlıq etməlidirlər. Burada cəmiyyətin özü və medianın üzərinə böyük məsuliyyət düşür. Həmin məqamların dərhal ifşa olunması, açıq şəkildə insanlara çatdırılması vacibdir. Bu, qudurğanlığın yeni formasıdır. Konkret olaraq məmurun adı çəkilməlidir. Onsuz da, həmin məmurların özləri millətin üzərinə yük idi, indi isə onların saxladığı qadınlar, yaxın qohumları peyda olub. Cəmiyyətin bu vəziyyətə müqavimətindən çox şey asılıdır”.
 
Məmur qohumlarının özbaşınalıqlarının daha çox mediaya sızdığını diqqətə çatdıran deputat belə məqamların dərhal işıqlandırılmasının tərəfdarıdır: "Polisə tabe olmayan, avtoşluq edən, vəzifəsini yerinə yetirən şəxsləri himayədarları ilə hədələyən insanlara ən yaxşı cavab ictimai qınaqdır. Yetərincə qınaq olsa, çoxları belə addımların fəsadlarını düşünər. Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir. Halbuki cəmiyyətin medianın qınağı yerində olsa, mənfi məqamlar azalar”.
 
Qeyd edək ki, son illərdə sosial şəbəkələrdə və mətbuatda məmur övladlarının, onların qohumlarının və xüsusilə sevgililərinin özbaşınalığı haqqında tənqidlər səsləndirilir. Bu şəxslərin mənfi münasibəti, özbaşına və tərbiyəsiz rəftarı ilə qarşılaşan sadə vətəndaşlar sosial şəbəkə hesablarında üzləşdikləri mənzərəni paylaşırlar.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
20:52 24.09.2025
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək