Milli Məclisin deputatı Qənirə Paşayeva İstanbul Universitetində cıxış edərək Ermənistanın işğalçılığı və erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb.AZXEBER.COM xəbər verir ki, Qənirə Paşayeva İstanbul Universitetinin Avrasiya İnstitutunda Qarabağ münaqişəsi barədə geniş çıxış edərək harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün daha çox və daha fəal çalışmalı olduğunu dilə gətirib.
“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”.Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan Q.Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”, – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib:O, həmçinin bildirib ki, nənələrimizin, “görməsək də duymasaq da o köy bizim köyümüzdür” sözlərini rəhbər tutaraq Dağlıq Qarabağı, o gözəl torpaqları: Xankəndini, Laçını, Şuşanı birlik və bərabərlik içində Ermənistan işğalından azad etməliyik.Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır:“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.Biz tariximizin acılarını öyrənərək onu dünyaya yaymağa nail olmalıyıq. Xocalı soyqırımının yalnız 22 il əvvəl baş verən hadisə olmadığını, onun köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana söykəndiyini dilə gətirən millət vəkili gəncləri tarixə yaxndan bələd olmağa çağırıb:“Tarixdə oynayan oyunlar yenidən təkrarlanır. Tarixə bələd olaraq bu hadisələrin təkrarlanmamasının və onu törədənlərin ədalət qarşısında cavab vermələrini təmin edə bilərik”.Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili bildirib ki,bu məsələdə hər birimiz daha da duyarlı olmalıyıq.O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Biz bir olaraq Dağlıq Qarabağ, Xankəndi, Şuşa Laçın və digər o gözəl torpaqları birlik və bərabərlik içərisində işğaldan azad edə bilərik:



