Millət vəkili: "Kerri erməni lobbisinə yaxınlaşmaq xəttini tutub" AÇIQLAMA

Millət vəkili: "Kerri erməni lobbisinə yaxınlaşmaq xəttini tutub" AÇIQLAMA
SİYASƏT
17:31 05.10.2016
973
"ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər” fikirləri təəssüf doğursa da, bu addım onun 907-ci düzəlişin həmmüəlliflərindən biri olduğunu xatırladır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
 
O bildirib ki, son vaxtlar ABŞ-ın xarici siyasətindəki vəziyyəti bütün dünya görür və təəssüflənir: "ABŞ dövlət katibinin fikirlərindən sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik səslənən fikirlərə müəyyən düzəlişlər edərək ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etdiyini qeyd etdi. Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan C. Kerri erməni lobbisinə yaxınlaşmaq xəttini tutub və onun qarşısında öhdəliklərini yerinə yetirmək əzmindədir.
 
Lakin ümid edirik ki, ABŞ-da keçiriləcək seçkilərdən sonra yeni administrasiya siyasətini daha möhkəm quracaq və Azərbaycanla münasibətlər inkişaf edəcək”. "Çox təəssüf ki, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu ölkələri Azərbaycana təcavüz etmiş Ermənistanı sülhə məcbur etməyə hazır deyillər, BMT-nin müvafiq qətnamələrinin icrası ilə bağlı hansısa prosedurlar müəyyənləşməyib. Belə olan halda, təbii ki Ermənistan sülhdən qaçaraq mövcud status-kvonu qoruyub saxlamağa çalışır”- deyə, A. Mollazadə əlavə edib.
OXŞAR XƏBƏRLƏR