Millət vəkili: 'Niyə bizim 'Möhtəşəm Yüzilimiz' olmasın, Şah İsmayıl haqqında serial çəkilməsin?'

MƏDƏNİYYƏT
17:04 06.06.2012
2271
"Niyə bizim “Möhtəşəm Yüzilimiz” olmasın, Şah İsmayıl haqqında serial çəkilməsin?Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “İctimai televiziya və radio yayımı haqqında” qanunda edilən dəyişikliklərə münasibət bildirən deputat Leyla Abdullayea televizyada çəkilən seriallara münasibət bildirərkən belə deyib. Millət vəkili xarici təcrübəyə uyğun olaraq seriallar vasitəsilə mütailəyə marağın yaradılmasını da təklif edib.“Cənab Prezident böyük məbləğdə maliyyə ayıraraq milli serialların çəkilişinə dəstəyini nümayiş etdirmişdir.Lakin biz teleekranlara baxanda görürük ki,bu seriallar aşağı səviyyədə çəkilir,bədii səviyyəsi qənaətbəxş deyil.Bu məsələnin bir tərəfidirsə,digər və yəqin ki,əsas tərəfi filmlərin süjet xətti,mövzusu ilə bağlıdır.Bu filmlərin hamısı kriminal və məişət mövzusunda çəkilməkdədir.Halbuki,bütün dünya artıq serialları milli mövzu və məzmunda istehsal edərək sadə dil və formada öz mədəniyyətini və tarixini təbliğ edir.Elə həmin Rusiyada bir neçə il əvvəl Yesenin,Dostoyevskinin həyatı haqqında seriallar çəkildi. Klassik romanlar olan “Ustad və Marqarita”,”İdiot”,”Doktor Jivaqo” ekranlaşdırıldı. Bu filmlərin təsiriylə qısa zaman ərzində həmin əsərlər kitab dükanlarında satış rekordları qırmağa başladı,seriallar vasitəsiylə kitaba,mütailəyə maraq yüksəldi.Türkiyə Respublikasında da Rəşad Nuri Güntəkinin,Xalid Ziya Uşaqlıgilin romanları əsasında yüksək bədii səviyyəli televiziya filmləri çəkildi.Yaxşı olardı ki,bizim televiziyalar da bu təcrübəyə müraciət etsin.Bizim zəngin ədəbiyyatımızı ekranlaşdırsınlar.Yesenin haqda film belə gözəl nəticə verirs,məsələn Mikayıl Müşviq haqqında olan serial niyə uğurlu olmasın?Ordubadinin,Çəmənzəminlinin ,Mir Cəlalın əsərləri niyə ekran həllini tapmasın?Niyə bizim möhtəşəm tariximizi əks etdirən filmlər yarnmasın,Şah İsmayıl haqqında serial çəkilməsin? Bununla biz həm də kitaba,ədəbiyyata,tariximizə olan marağı daha da yüksəldərik.Bir məsələni də unutmayaq ki,bu dövlət tərəfindən ayrılıb və kriminal aləmi,məişəti deyil,tarix və mədəniyyətimizi təbliğ etsə dövlətin maraqları baxımından da daha doğru olar.Onsuz da seriallar əksəriyyət etibarilə məişət mövzulu olur ki,bunun telekanalalr öz hesabına da çəkə bilər”-deputat bildirmişdir.İclasda iştirak edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Milli Məclisin Mədəniyyət Komitəsininsədri Nizami Cəfərov bu təklifləri dəstəkləyərək gələcəkdə bu təkliflərin mütləq nəzərə alınnmalı olduğunu vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR