Millət vəkili Qənirə Paşayeva Bolu valisi İbrahim Özçimenlə görüşdü

SİYASƏT
11:53 14.05.2013
1716

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu dedi.Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Bolu valisi İbrahim Özçimenə Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu valiliyinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmışdı.

Azərbaycanı çox sevdiyini deyən Bolu valisi İbrahim Özçimen Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. Bolu valisi İbrahim Özçimen Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu dedi.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu valisi İbrahim Özçimenə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar və özünün müəllifi olduğu əsərləri də təqdim edib.

OXŞAR XƏBƏRLƏR