Millət Vəkili Qənirə Paşayeva nazirliklərə səsləndi

SİYASƏT
14:06 30.04.2013
2784

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın təcili xaricdə əməliyyat olunmasını həyata keçirməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın xaricdə əməliyyat olunmasına dəstək və yardım göstərmələri üçün müraciət etdi.

Millət vəkili bildirdi ki, ötən gündən sosial şəbəkələrdə Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın müalicəsinə və xaricdə əməliyyat olunmasına köməklik göstərilməsi üçün dəstək kampaniyasına çağırışlar səslənməkdədir. Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına və əlillərinə daima dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva aidiyyəti dövlət qurumlarını, xüsusilə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini dövlətin əlillərə göstərdiyi diqqət və qayğının davamı olaraq Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın təcili xaricdə əməliyyat olunmasına yardım göstərmələrinə çağırdı. Rüxsarə (Tutu) Cumayevanın təcili əməliyyat olunmalı olduğunu və bu əməliyyat xarici ölkələrin birində (Türkiyədə) həyata keçirilməli olduğunu deyən millət vəkili Qənirə Paşayeva "mən Parlamentdən Səhiyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə səslənirəm və Rüxsarə Cumayevaya təcili kömək etmək lazımdır", - dedi.

OXŞAR XƏBƏRLƏR