AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, əziz dost.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. İllər keçdikcə daha da möhkəmlənən əsl dostluğumuza və xalqlarımız arasındakı əlaqələrə görə minnətdaram. Regional sabitliyə töhfə verən, sülhün təşviqində və bizi ortaq məqsədlərimizə çatmağa yaxınlaşdırmaqda mühüm rol oynayan səylərinizi, ekstremizmə qarşı mübarizədə qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm.
İkitərəfli münasibətlərimizin və süni intellekt, aviasiya, turizm, akademik sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığımızın daha da genişləndirilməsini, həmçinin Birgə Komissiyanın növbəti iclasının keçirilməsini səbirsizliklə gözləyirəm.
Sizə, ailənizə və Azərbaycan xalqına daha yüksək firavanlıq və uğurlar arzulayıram."











































