"Mən elə bir millət vəkili tanıyıram ki, qızının toyundan külli-miqdarda borcla çıxıb".
AZXEBER.COM xəbər verir ki, bunu aparıcı Səidə Bəkirqızı APA TV-də yayımlanan "İmpuls" verilişində deyib.
Aparıcı toy sektorunda yüksək məbləğ qarşılığında təklif olunan xidmətlərdən danışıb:
"Bir ailə dostumuz olan millət vəkili var. Qızının toyunda masanın birini 250 manatdan danışdı. Ona dedim ki, bunu etmə. Sən axı o millət vəkillərindən deyilsən? Sən ancaq maaş alan insansan. 4500 manat maaşla masanın birini 250 manatdan götürüb toy etmək mümkün deyil. Mənimlə razılaşmadı, dedi ki, mənim adım-sanım var. Bu insanlardakı natamamlıq kompleksidir.
Aparıcı deyib ki, deputat toydan borcla çıxıb:
"O qədər borcla çıxdı ki, uzun zaman o borcu ödəmək üçün savaşdı. Toyun keçirildiyi məkan sadəcə gəlin və bəyin əyləşdiyi masanı bəzəmək üçün beş min manat istəmişdi və o heç toy sahibindən soruşmurdu bunu istəyirsən, ya yox! Bu gün sahibkarlar millət vəkilini önəmsəmirsə, sıravi vətəndaşlara necə baxacaqlar?"
Aysel