Millət vəkili xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşma təklif etdi

Millət vəkili xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşma təklif etdi
SİYASƏT
10:29 25.05.2013
1777

Qənirə Paşayeva: “Başqa ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin daha da gücləndirilməsi üçün bir sıra addımlara ehtiyac var”.

Bu gün Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar, soydaşlarımız onlara əcnəbi anlayışından yanaşılmasını istəmirlər. Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşmanı təklif edib. Millət vəkili Qənirə Paşayeva Gürcüstanda səfərdə olarkən orada yaşayan azərbaycanlıların, soydaşlarımızın bu məsələni xüsusilə qaldırdıqlarını deyib. Dərbənddəki soydaşlarımız da eyni düşüncədədir. Millət vəkili Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlılarla bağlı qanuna yenidən baxılmasını dilə gətirərək bu istiqamətdə ortaya çıxan həssas məqamları bu yolla həll etməyin vacibliyini dilə gətirib. Ümummilli liderimiz Heydər Əliyevin zamanında əsası qoyulan xaricdə yaşayan azərbaycanlılarla bağların daha da gücləndirilməsi istiqamətində aparılan siyasət bu gün də davam edir və onun daha güclü şəkildə davam etməsi üçün bu istiqamətdə addımlar atılmalıdır. O, hesab edir ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Azərbaycana gəlib-getməsi, təhsil alması, valideynləri Azərbaycan vətəndaşı olan, amma Rusiyada və bəzi ölkələrdə doğulan uşaqların Azərbaycana gəlib-getməsi, onların vətəndaşlıq məsələlərinin həlli ilə bağlı ortaya çıxan bir sıra məsələlər öz həllini tapmalıdır. Millət vəkili Qənirə Paşayeva deyib ki, ailələr var ki, ata xaricə işləməyə gedib, 10-15 ildir ki, gəlmir. Əgər uşaq xəstədirsə, ana onu xaricə müalicəyə apara bilmir, çünki hər iki valideynin icazəsi olmalıdır. Bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ölkəyə aparılmasına şərait yaradılmalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"