Millət vəkili yeni kitabını təqdim edəcək

Millət vəkili yeni kitabını təqdim edəcək
SİYASƏT
10:27 31.05.2013
1725

Millət vəkili Qənirə Paşayeva 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Dünyanı dəyişən alimlər” kitabını təqdim edəcək və uşaqlar üçün məktəblərə hədiyyə edəcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik əlamətdar yubileyi, habelə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müna­sibəti ilə millət vəkili, dr Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər” adlanan yeni kitabın təqdimatı keçiriləcək. İyunun 1-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq təqdimatda alimlər, millət vəkilləri, uyğun profilli nazirlik nümayəndələri və KİV-in təmsilçiləri iştirak edə­cək. Missiyası, mandatı adından bəlli olan kitab, Azərbaycanda öz formatına, məzmun-mündəricəsinə görə azsaylı nəşrlərdən sayıla bilər. ABAİ İB-nin və “NAR Mobile”nin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən “Dünyanı dəyişən alimlər” kitabı, yu­xarıda qeyd olunan əlamətdar səbəbələrlə uşaqlara, yeniyetmə və gənclərə, ümu­mən elmlə, təhsillə maraqlanan bütün Azərbaycan oxucularına bir töhfə olub, respublikanın aparıcı kitabxanalarına, böyük elm-təhsil və mədəniyyət müəs­sisələrinə, habelə Gənclər Evlərinə, böyük məktəblərin kitabxanalarına Qənirə Paşayeva tərəfindən hədiyyə olunacaq. Millət vəkili Qənirə Paşayeva və onun rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) hesab edir ki, Azərbaycan gəncliyinin kitaba dönüşünə də töhfə sayıla biləcək bu aksiya, yeni nəsillərin elmə, təhsilə motivasiya olunmasında təsirsiz ötüşməyəcək və sözügedən kitab ümumən geniş oxucu kütləsi üçün maraqlı və gə­rəkli olacaq.

Kitab ümumilli lider Heydər Əliyevin gəncləri elmə səsləyən müraciəti ilə başlayır.

ABAİ İB sədri, millət vəkili dr. Q.Paşayevanın tərtibçi-müəllifi olduğu “Dünyanı dəyişən alimlər"in məsləhətçiləri AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, prof.dr. Hamlet İsaxanlı və prof.dr. Qəzənfər Paşayev, redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseynoğludur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu