Millət vəkili: "Ziyarətgahlar boş şeydir"

Millət vəkili: "Ziyarətgahlar boş şeydir"
SOSİAL
01:58 12.08.2016
21065
Azərbaycanda hər gün insanlar nəzir qutularına pul atır, dualar edir və arzularının reallaşacağına inanır. Bəs nəzir pulları hara gedir?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyir ki, nəzir pullarının hara getməsi ilə bağlı qanunvericilikdə nələrin öz əksini tapdığını bilmir.
Deputatın fikrincə, kimsə yaxşılıq etmək, sədəqə vermək istəyirsə bunun yolları var. Fazil Mustafa nəzir qutularının gəlir mənbəyinə çevrilməsinə də diqqət çəkib:
“Avropada məscidə yardım üçün vəsait yığılır. O vəsait sənədləşdirilir, aktlaşırılır. İşin icraçısı deyir ki, bu qədər vəsait yığılıb. Məsələn, məscidin pəncərəsini təmir edəcəyik. Azərbaycanda isə nəzir qutuları gəlir yerinə çevrilib. Bu da ondan qaynaqlanır ki, insanların axmaqlığından istifadə edərək bunu edirlər.Ağıllı adam gedib nəzir qutusuna pul salmır ki! Yaxud da Bibiheybət məscidinin yanından keçəndə də, qayıdanda da pul salır ki, “qayıtdım” və “gəldim”. Elə bil sövdələşməyə girib ki, bunun sağ-salamat qayıtması nəzir qutusundan asılıdır. Bu, axmaqlıqdır. Avropa cəmiyyətində belə nadanlığı görə bilərsinizmi?! Düşünürəm ki, bu, insanların özü ilə bağlı məsələdir”.
Komitə üzvü nəzir qutularının məscidlərdən yığışdırılması məsələsinə də aydınlıq gətirərək deyib ki, bu cür halları əsrlərlə dəyişmək mümkün olmayıb.
“Fikir verin. Çimərliklərin əksəriyyətində zibil qabları qoyulub. Üzərində də yazılıb ki, zibili yerə atmayın! Bu ağıllı insanlar üçün nəzərdə tutulub. Amma 5 dənə anormal adam qarpızı yeyib qabığını özü istədiyi yerə atır. Demək, onsuz da Azərbaycanda qarpızı yeyib qabığını yerə atanların sayı, zibil qutusuna atanların sayından qat-qat çoxdur. Belə bir vəziyyətdə qanunla müəyyən məsələlərin həlli də çətinləşir. Gəlin görək, bu ziyarətgah deyilən bir şeydə insanlar nə umurlar, nə axtarırlar?! Ziyarətgahlar mədəniyyət abidəsidir. Daşı necə tikilib?! Hündürlüyü, arxitekturası nədir? Bunlar insanlara aşılanmalıdır.
Yoxsa, orda hansısa ruh yatır, gedib başımı onun daşına qoyum, görüm, başıma nə gələcək. Bunlar İslamın nadanlıq vasitəsinə çevrilməsinə, doğru anlaşılmamasına gətirib çıxarır.
Bunlar Azərbaycan cəmiyyətindəki reallıqlardır. Bunları əsrlərlə dəyişmək mümkün olmayıb. Ancaq ağıllı adamlara üz tutub söyləmək lazımdır ki, ziyarətgahlar boş şeydir. Bunlar ancaq mədəniyyət abidəsi kimi dəyərə sahibdir”.(modern.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir