Millət vəkilləri Gürcüstana yollanıb

SİYASƏT
13:20 25.10.2013
1068

Rəsmilər Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar

Bəzi millət vəkilləri Gürcüstandakı seçkilərdə müşahidəçi qismində iştirak edəcəklər. ANS PRESS-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, millət vəkillərindən Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə oktyabrın 27-də Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar. Deputatlarımız öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü isə ölkənin paytaxtındakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

OXŞAR XƏBƏRLƏR