Millətlər Liqası: Estoniya - Azərbaycan matçının təyinatları açıqlanıb

İDMAN
12:58 08.10.2024
237
UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda keçiriləcək Estoniya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

AZXEBER.COM AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rob Harviyə Robert Klark və Ueyn Makdonnel kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Tallindəki "Lilleküla” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

OXŞAR XƏBƏRLƏR