Milli Kitab Mükafatında növbəti qalmaqal: qalib mükafatdan imtina etdi – ŞOK AÇIQLAMA

MARAQLI
15:05 06.06.2011
1859

 

"Mən bu kitab mükafatından imtina etdim, çünki mənə üçüncü yerin verilməsi təhqiredicidir. Həm də bu yeri hələ kiminləsə bölmək. Qeyd etmək istərdim ki, lap əvvəldən nalayiq oyunlar aparılırdı. Diqqətəlayiq faktdır ki, münsiflər heyətinin tərkibindən aralarında Çingiz Abdullayev, Rəşad Məcid və başqaları da olmaqla bəzi üzvlər çıxıb. Bu adamlar münsiflər heyətini boş yerə tərk etməyiblər", - Natiq Rəsulzadə Trend-ə bildirib.

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlidən şərh almaq mümkün olmadı, telefonu bağlı idi. Bu şərhlə bağlı fikir bildirmək hüququnu onda saxlayırıq.

Xatırladaq ki, iyunun 4 -də Milli Kitab Mükafatının qalibləri elan edilib.
Qaliblər:

Nominasiya - Amerika yazıçısının əsərini Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə
Mükafat - 100 manat

Qalib - Kamran Nəzirli, "Mobi Dik" əsərinin tərcüməçisi;

Nominasiya - www.mkm.az saytında internet-səsvermənin qalibi
Mükafat - xüsusi diplom

Qalib - Pərviz, "Yad dildə";

Nominasiya - Milli Kitab Mükafatı, üçüncü yer

Mükafat - 1000 manat

Qaliblər - Natiq Rəsulzadə "Xonxarı" və Nəriman Əbdülrəhmanlı "Yolsuz";

Nominasiya - Milli Kitab Mükafatı, ikinci yer

Mükafat - 2000 manat

Qalib - Məqsəd Nur, "Şəhər meri";

Nominasiya - Milli Kitab Mükafatı, birinci yer

Mükafat - 3000 manat

Qalib - Pərviz, "Yad dildə".

//Trend

 

OXŞAR XƏBƏRLƏR