Milli komandamız dünya çempionatında 1/4 finalda!

Milli komandamız dünya çempionatında 1/4 finalda!
İDMAN
10:29 23.09.2016
1659
Bu gecə Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında növbəti oyunlar baş tutub.
 
Qaynarinfo.Az xəbər verir ki, 1/8 final mərhələsinin son 3 qarşılaşması keçirilib. Bakı vaxtı ilə gecə yarı keçirilən qarşılaşmalarda 1/4 finalın son iştirakçıları bəlli olub. Planetin 8 ən yaxşısı arasında arasında Azərbaycan millisi də yer alıb. Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşıb.
 
Qrup mərhələsində Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) mübarizədə 2-ci olan yığmamız tarixində ilk dəfə bu rəqiblə görüşüb. Asiyalılar da qrupu 2-ci yerdə başa vurub. Rəqibimiz Rusiyaya uduzsa da (4:6), Kuba (8:5) və Misir (2:1) üzərində qələbələrlə 1/8 finala yüksəlib. Ardıcıl 5-ci dəfə mundiala qatılan Tailand son yarışdakı uğurunu təkrarlayaraq, qrup səddini arxada qoyub. Azarkeşlərin düz 21 qola şahidlik etdikləri oyunda yığmamız 8:13 hesablı darmadağına sevinib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 7:7.
 
Əlavə olunmuş vaxtda isə komandamız möhtəşəm əzmkarlıq göstərərək mərhələni keçə bilib. Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdıraraq, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib.
 
Dünya çempionatı 1/8 final 22 sentyabr
 
Tailand - Azərbaycan 8:13 (əlavə vaxtda)
 
Qollar: Tueanklanq, 9; 13. Vonqkaeo, 18; 19; 26. Sornviçian, 22. Çudeç, 37; 45 - Vassura, 4; 44. Fineo, 6; 13; 44; 48; 49. Vitali Borisov, 14. Bolinya, 28; 26; 41. Poletto, 31. Rövşən Hüseynli, 49. Tailand: 12. Katavut Hankampa (q), 6. Jiravat Sornviçian, 7. Kritsada Vonqkaeo, 9. Suphavut Tueanklanq, 11. Apivat Çaemçaroen.
 
Ehtiyat oyunçular: 1. Kanison Fupun (q), 2. Çaleamsri Puanqsri, 3. Nathapon Sutiroj, 4. Pornmanqkol Srisubseanq, 5. Lertçay İssarasuvipikorn, 8. Jetsada Judeç, 10. Nattavut Madyalan, 13. Tayronq Petçtiam, 14. Vivat Tayjeroen. Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Bolinya, 5. Fineo, 10. Vasura, 13. Qallo.
 
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Elnur Zamanov, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Fabio Poletto, 11. Xətai Bağırov, 14. Vitali Borisov. Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları), Lans Vanhaitsma (ABŞ) Medelyin. Kolizeo İvan de Bedout.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR