Azərbaycan milli komandası reytinq siyahısında 5 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 277 xalla 118-ci pillədə qərarlaşıb. "DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. Ancaq o, 3 pillə geriləyib və 7-ci yerdədir. Rusiya yığması isə yerində qalıb - 1084 xalla 9-cu yer. Rəqiblərimizdən İsrail yerində qalıb - 78-ci yer, Şimali İrlandiya 4 pillə irəliləyək 367 xalla 96-cıdır. Qonşumuz Türkiyə 2 pillə geriləyərək 627 xalla 40-ci yerdə qərarlaşıb. Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionunun aktivində 1606 xal var. Almaniya millisi isə 1437 xalla ikincidir. İlk onluğu təqdim edirik: 1. İspaniya 2. Almaniya 3. Argentina 4. İtaliya 5. Kolumbiya 6. İngiltərə 7. Portuqaliya 8. Hollandiya 9. Rusiya 10. Xorvatiya