Milli komandamız FİFA reytinqində irəlilədi – SIYAHI

İDMAN
13:06 19.12.2012
1528

Azərbaycan milli komandası reytinq siyahısında 5 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 277 xalla 118-ci pillədə qərarlaşıb. "DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. Ancaq o, 3 pillə geriləyib və 7-ci yerdədir. Rusiya yığması isə yerində qalıb - 1084 xalla 9-cu yer.  Rəqiblərimizdən İsrail yerində qalıb - 78-ci yer, Şimali İrlandiya 4  pillə irəliləyək 367 xalla 96-cıdır.   Qonşumuz Türkiyə 2 pillə geriləyərək 627 xalla 40-ci yerdə qərarlaşıb. Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionunun aktivində 1606 xal var. Almaniya millisi isə 1437 xalla ikincidir. İlk onluğu təqdim edirik:    1. İspaniya 2. Almaniya  3. Argentina 4. İtaliya 5. Kolumbiya 6. İngiltərə  7. Portuqaliya  8. Hollandiya 9. Rusiya  10. Xorvatiya 

OXŞAR XƏBƏRLƏR