Milli Konservatoriyada 5 əməkdaş işdən çıxarıldı

Milli Konservatoriyada 5 əməkdaş işdən çıxarıldı
SOSİAL
17:49 27.10.2025
169
Azərbaycan Milli Konservatoriyasında (AMK) 5 əməkdaş işdən çıxarılıb, qanunsuz yaradılmış 2 departament ləğv edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Konservatoriyasından bildirilib.

Qeyd edilib ki, hazırda AMK-da iş fəaliyyətinin düzgün planlaşdırılması, əmək funksiyalarının təkrarlanmasının aradan qaldırılması və bununla da maksimum effektivliyə nail olunması, həmçinin tədris prosesinin təşkili və tədrisin keyfiyyətinə nəzarət mexanizmində davamlılıq və optimallığının təmin edilməsi məqsədilə struktur islahatları həyata keçirilir: "Ştat vahidlərinin ixtisara salınması və optimal işçi sayının müəyyənləşdirilməsi maliyyə resurslarının düzgün bölüşdürülməsi və ondan səmərəli istifadə edilməsi zərurətindən irəli gəlir”.

Struktur islahatları çərçivəsində AMK-da 5 əməkdaşla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi vurğulanıb.

Əlavə olaraq, mövcud normativlərə görə bir struktur vahidinin (şöbə, sektor, departament və s) yaradılması üçün tələb olunan minimum ştat sayı gözlənilmədən qanunsuz olaraq yaradılan 2 departament - Beynəlxalq Əlaqələr Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi mütəxəssis və 1 ştat vahidi inspektordan ibarət olmaqla) və İnsan Resursları Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi kadrlar üzrə mütəxəssisdən ibarət olmaqla) ləğv edilib.

Optimallaşma nəticəsində müvafiq departamentlərin vəzifə funksiyalarına aid olan məsələlər digər Şöbə və Mərkəzlərin funksiyalarına daxil edildiyi qeyd edilib. Həmçinin AMK-da tələbə sayının azlığını, tədris ili ərzində 2 dəfə (qış və yay sessiyaları) imtahanların təşkil edilməsini nəzərə alaraq, ayrıca fəaliyyət göstərən İmtahan Mərkəzi tədris ilinin digər dövrlərində hər hansı funksiya icra etmədiyinə görə, sözügedən Mərkəz də ləğv edilib. Mərkəzin funksiyaları Tədrisin təşkili və keyfiyyət təminatı şöbəsinə həvalə edilib.

Eyni zamanda bildirilib ki, struktur islahatları çərçivəsində ixtisara düşən ştat vahidlərində çalışan 7 əməkdaşa onların təhsil və iş təcrübələrinə uyğun olaraq, alternativ vəzifələr təklif edilmiş və nəticədə onlar digər vəzifəyə keçirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika