Milli Məclis hökumətə 8 gün vaxt verdi

Milli Məclis hökumətə  8 gün vaxt verdi
SOSİAL
13:32 15.11.2018
4427
Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb.

Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək.

O.Əsədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsinə daxil olan sənədlərin 3-cü oxunuşda müzakirəsi noyabrın 30-da baş tutacaq və həmin iclasda sənədlər qəbul olunmaq üçün yekun səsverməyə çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR