Milli Məclis işə başladı, mandatlar paylanıldı

SİYASƏT
13:01 01.12.2015
1186

Bu gün Milli Məclisin plenar iclasına start verilib. İclasda komitə sədrlərinin müavinləri və komitələrin üzvləri seçilib. Rövşən RzayevHüquq siyasəti və dövlət quruculuğu,Aydın MirzəzadəMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə,Ağalar Vəliyevİqtisadi siyasət, sənaye və sahibkarlıq,Kamran NəbizadəTəbii ehtiyatlar, energetika və ekologiya,Eldar QuliyevAqrar siyasət,Rauf ƏliyevƏmək və sosial siyasət,Fəttah HeydərovRegional məsələlər,Bəxtiyar ƏliyevElm və təhsil,Jalə ƏliyevaMədəniyyət,Yevda Abramovİnsan hüquqları,Sevinc FətəliyevaBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr,Musa QuliyevSəhiyyə,Sahibə QafarovaAilə, qadın və uşaq məsələləri,Xanlar Fətiyevİctimai birliklər və dini qurumlar,Ülvi QuliyevGənclər və idman komitələrinin sədr müavinləri seçiliblər. Daha sonra Milli Məclisin ilk plenar iclasında deputat vəsiqələri də paylanılıb. Sədr Oqtay Əsədov bildirib ki, bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlamentdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğunu bildirib. Həmçinin bütün deputatları təbrik edib.

OXŞAR XƏBƏRLƏR