Milli Məclis parlamentin buraxılması məsələsinə bu tarixdə baxacaq

Milli Məclis parlamentin buraxılması məsələsinə bu tarixdə baxacaq
SİYASƏT
13:24 29.11.2019
4698
Milli Məclisin növbəti iclası dekabrın 2-də keçiriləcək. 

Bu barədə Milli Məclis sədri Oqtay Əsədov parlamentin iclasında bildirib. 

İclasın gündəliyinə bir məsələ daxildir. 

O qeyd edib ki, iclas növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. 

Spiker deyib ki, Yeni Azərbaycan Partiyasının deputatlarının parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq. 
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR