Milli Məclis Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb

SİYASƏT
11:15 18.10.2024
245
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: "Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.

OXŞAR XƏBƏRLƏR