“Gəlin hesabata səs verək. Fazil Mustafa da getsin papağını atsın”.
Manatın devalvasiyası prosesindən sonra əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Az təminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir.AZXEBER.COM-un ANS PRESS-ə istinadən məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bu gün parlamentdə keçirilən plenar iclasda deyib.
O, deyib ki, Azərbaycan hökuməti bu məsələlərlə bağlı ciddi izahlar verimir ki, həmin kütlə gələcəyə azacıq da olsun ümidlə baxsın. “Məncə bu problemi həll etmək lazımdır”.
Deputatorta təbəqə sayılan insanların yaşayış şəraitindən də narahatlığını dilə gətirib.
“Bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün papaqlar hasarından keçmək mümkün olan evlərə atılır. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar”.
Milli Məclisin spikeri Oqtay Əsədov isə deputatın papaqla bağlı çıxışına münasibət bildirib. O qeyd edib ki, papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil.
“Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş gəlsin”.
Millət vəkili Siyavuş Novruzov da müsasibət bildirdi:
“Belə bir gündə hesab edirəm ki, tənqidə də o qədər ehtiyac qalmır. Gəlin hesabata səs verək. Fazil Mustafa da getsin papağını atsın”.