Milli Məclisdən jurnalistlərin telefon qadağası haqda - AÇIQLAMA

Milli Məclisdən jurnalistlərin telefon qadağası haqda - AÇIQLAMA
ÖZƏL
13:52 24.10.2025
864
"Milli Məclisə daxil olarkən jurnalistlərdən telefonların alınması Milli Məclisin yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qərarıdır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mehman Qayıbov Əməkdar jurnalist Mahir Məmmədlinin Milli Məclisin binasına daxil olarkən jurnalistlərə telefonla bağlı qoyulan qadağa haqqında danışarkən deyib. 
 
Mehman Qayıbov deyib ki, Milli Məclisdə jurnalistlərin fəaiiyyəti üçün hər bir şərait yaradılıb:
 
"Milli Məclisdə jurnalistlər üçün hər bir şərait yaradılıb. Onlar üçün telefon, faks, televizor da quraşdırılıb. Onların notbuk və telefonla Milli Məclisə daxil olmasına icazə verilmir. Amma Milli Məclisə daxil olarkən nələrin içəri keçirilməsinə icazə verilməsi Milli Məclisin qərarı deyil. Milli Məclis qorunan binadır. Buna da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzarət edir. Bu gun onlar bu qaydanın belə olmasını istəyir".
 

 
Gələcəkdə jurnalistlərin Milli Məclisə daxil olarkən apara biləcəyi avadanlıqların siyahısı ilə bağlı dəyişikliyin ola bilməsi ilə bağlı suala isə o belə cavab verib:
 
"Dəyişməyən heç nə yoxdur. Gələcəkdə başqa qərar qəbul oluna bilər. Bu gələcəyin işidir. Bu gün isə qayda belədir".

Xatırladaq ki, Əməkdar jurnalist Mahir Məmmədov bildirib ki, uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Parlament binasına daxil olan media nümayəndələrinin telefonları əlindən alınır.

O qeyd edib ki, əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür. Çünki Milli Məclisə gələn jurnalist ordakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir.
 
Jurnalist daha sonra qeyd edib: "Məndə olan məlumata görə bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalsitlər istisna olmaqla hamı parlament binasına telefonla daxilə ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdiyi anda ətrafla bütün əlaqəsi kəsilir, gələn zəngləri, mesajları görmür. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın.

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR