Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

SİYASƏT
13:03 29.12.2024
146
Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb.

AZXEBER.COM xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası işini başa çatıb.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətildə olacaq və deputatlara məzuniyyət veriləcək. Nizmanaməyə əsasən, parlamentin 2025-ci il yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR