Milli Məclisin 81 yaşlı deputatı - İlk iclası o aparacaq

Milli Məclisin 81 yaşlı deputatı - İlk iclası o aparacaq
Seçki2024
12:27 10.02.2020
4147
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov yenidən deputat seçilib.

AZXEBER.COM xəbər verir ki, 81 yaşlı deputat hazırda lider namizədlər arasında ən yaşlısıdır.

1995-ci ildən deputat olan Fəttah Heydərovun son nəticədə deputat olacağı dəqiqləşsə, yeni çağırış Milli Məclisin ilk iclasını da o aparacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yeni tərkibin ilk iclası ən yaşlı deputat tərəfindən aparılır. O, parlamentin sədri seçilənədək birinci iclası aparır.

OXŞAR XƏBƏRLƏR