Milli Məclisin deputatı fəlsəfə doktoru oldu - FOTO

Milli Məclisin deputatı fəlsəfə doktoru oldu - FOTO
SOSİAL
17:37 21.09.2017
2131

Milli Məclisin deputatı Kamran Nəbizadə "İqtisad üzrə fəlsəfə doktoru" elmi dərəcəsini qazanıb.

AZXEBER.COM xəbər verir ki, deputat bu barədə özü "Facebook” hesabında məlumat paylaşıb. K.Nəbizadə "İqtisad üzrə fəlsəfə doktoru" elmi dərəcəsinin verilməsini təsdiq edən diplomu da sosisal hesabında paylaşıb:

"2010-cu ildən başladığım "Qloballaşma şəraitində istehsalın maliyyə tənzimlənməsinin makroiqtisadi problemləri" mövzusunda dissertasiya işimi 2016-ci ildə AMEA İqtisadiyyat İnstitutunda uğurla müdafiə etdim. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən mənə "İqtisad üzrə fəlsəfə doktoru" elmi dərəcəsinin verilməsini təsdiq edən diplom təqdim olundu. AMEA İqtisadiyyat İnstitutunun və Ali Attestasiya Komissiyasının əməkdaşlarına təşəkkürümü bildirirəm!

Qeyd edək ki, iqtisadçı millət vəkili 107 saylı Qazax seçki dairəsindən seçilib.


OXŞAR XƏBƏRLƏR