Milli Məclisin deputatı koronavirusa yoluxdu

Milli Məclisin deputatı koronavirusa yoluxdu
SOSİAL
16:36 20.06.2020
1879
"Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.

Bunu açıqlamasında deputat Sahib Alıyev deyib.

Deputat koronavirusa yoluxduğunu bildirib: "Əziz dostlar, mən burada heç vaxt özümlə və doğmalarımla bağlı nə bəd xəbər, nə də xoş xəbər paylaşmamışam. Haradasa duyğu istismarı və göstəri elementləri gördüyüm üçün bunu etməmişəm. Amma indi elə bir müstəsna vəziyyətdir ki, Milli Məclisin deputatı olaraq bu xəbəri sizinlə bölüşməyə bilmirəm. Nə qədər özümü qorumağa çalışsam da,  çox təəssüf ki, mən də koronavirusa(COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli  şəxslər  virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər. 

Bir daha hər kəsə can sağlığı arzulayıram, Allah amanında!".
OXŞAR XƏBƏRLƏR