Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib. Parlamentin komitə sədrlərinin müavinləri aşağıdakı şəxslər olub: - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Elşən Musayev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Qüdrət Həsənquliyev - İnsan hüquqları komitəsi - Arzuxan Əlizadə - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi –Fatma Yıldırım - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Badamov - Aqrar siyasət komitəsi – Razi Nurullayev - Əmək və sosial siyasət komitəsi – Elşad Musayev - Səhiyyə komitəsi – Rəşad Mahmudov - Ailə, qadın və uşaq məsələləri komitəsi –Jalə Əliyeva - Gənclər və idman komitəsi – Könül Nurullayeva - İctimai birliklər və dini qurumlar komitəsi - Sahib Alıyev - Regional məsələlər komitəsi –Nurlan Həsənov - Elm və təhsil komitəsi – Fariz İsmayılov - Mədəniyyət komitəsi –Günay Əfəndiyeva - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Nigar Arpadarai