Milli Məclisin məşhur deputatları - Onları hər kəs tanıyır - FOTOLAR

Milli Məclisin məşhur deputatları - Onları hər kəs tanıyır - FOTOLAR
Seçki2024
15:22 07.02.2020
2136
Milli Məclisinin növbədənkənar seçkilərinə 2 gün qalır. Seçki öncəsi namizədlər arasında rəqəbət diqqətləri çəkir.

Daha bir diqqət çəkən məqam isə bu günə kimi Milli Məclisdə deputat mandatı qazanmaq istəyənlər arasında məşhur şəxslər də çoxdur. Onlar da mandat almaq üçün mübarizə aparırlar. 

AZXEBER.COM indiyə qədər deputat olan yerli məşhurlarımızı təqdim edir:

Məşhur deputat deyəndə ağıllara ilk olaraq xalq artisti Zeynəb Xanlarova gəlir. O, uzun illər deputat olsa da, bu ilki seçkilərdə namizədliyini irəli sürməyib.


 
Mərhum xalq yazıçısı Zəlimxan Yaqub da deputat adını qazanan məşhurdan olub.


 
Milli Məclisin birinci, ikinci və üçüncü çağırışlarında Bakı Şən və Hazırcavablar klubunun mərhum prezidenti Anar Məmmədxanov seçilib.


 
İkinci çağırışda mərhum xalq artisti Amalya Pənahova da seçilərək, xalqı təmsil edib.


 
Xalq artisti, məşhur müğənni və hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyətli səfiri Polad Bülbüloğlu da 1995-ci ildə təkrar səs vermə yolu ilə deputat seçilib.



Xalq şairi Sabir Rüstəmxanlı nə az nə çox düz -20 il deputat kimi fəalliyyət göstərib. O 9 fevral seçkilərində də deputatlığa namizəddir. 


 
Hazırda həbsdə olan, bir çox məşhur ifaların müəllifi Hüseyn Abdullayev deputat mandatına sahib olub. 


 
OXŞAR XƏBƏRLƏR