Milli Məclisin növbədənkənar sessiyası keçirilə bilər

SİYASƏT
12:13 15.05.2013
1896

İyunda Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir.Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, bununla bağlı parlamentin 70 deputatı konstitusiya hüququndan yararlanaraq MM-in spikerinə müraciət ediblər: “MM-in yaz sessiyası may ayının sonunda başa çatır. Adətən sessiya ərzində hansısa məsələlər qaldıqda, onları müzakirə etmək üçün deputatlar Milli Məclisin rəhbərliyinə müraciət edə bilərlər. Növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar yəqin ki, MM-in növbəti iclasında qəbul olunacaq”.

Qeyd edək ki, MM-in növbəti iclası mayın 21-də keçiriləcək.

//APA

OXŞAR XƏBƏRLƏR