Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
SOSİAL
13:43 09.04.2022
223
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.

İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:

- "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

- "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
OXŞAR XƏBƏRLƏR