Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
SOSİAL
10:25 17.04.2018
3387
Milli Məclisin rəhbərliyi, komitə sədrləri və üzvləri deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

"Report”un xəbərinə görə, nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.

Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası” kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.

Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, "İstilik və soyuqluq texnikası” kafedrasının nəzdində "Alternativ və bərpa olunan enerji mənbələri” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi.

Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, seçicilərin etimadını qazanaraq müstəqil Azərbaycanın Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak etmiş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

Tanınmış alim və ictimai xadim Astan Şahverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Səfa Mirzəyev, Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov, Səməd Seyidov, Fəttah Heydərov, Ağacan Abıyev imzalayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kəşfiyyatçı Səyyaf Əhmədovla vida mərasimi keçirilir
12:44 24.09.2025
Kəşfiyyatçı Səyyaf Əhmədovla vida mərasimi keçirilir
Məşhur müğənni qəzaya düşdü - FOTO
12:42 24.09.2025
Məşhur müğənni qəzaya düşdü - FOTO
Məhkəmə 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi ilə bağlı qərar çıxardı
12:37 24.09.2025
Məhkəmə 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi ilə bağlı qərar çıxardı
Pakistanda sərnişin qatarına hücum: Çoxlu yaralı var
12:30 24.09.2025
Pakistanda sərnişin qatarına hücum: Çoxlu yaralı var
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
12:14 24.09.2025
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
11:53 24.09.2025
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
11:46 24.09.2025
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
11:44 24.09.2025
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
11:43 24.09.2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
11:33 24.09.2025
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
11:30 24.09.2025
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
Kreml Trampa cavab verib: Rusiya ayıdır
11:25 24.09.2025
Kreml Trampa cavab verib: Rusiya ayıdır
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
10:59 24.09.2025
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
10:41 24.09.2025
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
10:40 24.09.2025
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
10:37 24.09.2025
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb