Milli Məclisin sabiq deputatı vəfat etdi

Milli Məclisin sabiq deputatı vəfat etdi
SOSİAL
18:43 26.09.2018
5498
Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatı İbrahim Qafarov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: "İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik”.

Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad-Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.
OXŞAR XƏBƏRLƏR