Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstana səfər edib

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstana səfər edib
SİYASƏT
16:04 26.07.2015
1023

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 26-da Gürcüstana səfər edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, səfərin məqsədi Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etməkdir.

O. Əsədovun səfər çərçivəsində Gürcüstan rəsmiləri, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

MM sədrinin Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR