Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
SİYASƏT
16:09 14.11.2014
1323
Noyabrın 14-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.Komitənin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin 2014-cü ilin may ayında Bakıda imzalandığını xatırladıb. Bildirilib ki, Saziş 14 maddədən ibarətdir. Burada məxfi materialların qorunması, müqavilələr, təhlükəsizlik qaydaları, müvafiq sahədə əməkdaşlıq və digər bu kimi məsələlər əksini tapıb. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, Saziş tərəflər, yaxud onların milli qanunvericiliklərinə tabe olan dövlət və ya özəl müəssisələr arasında bütün məxfi məlumatın mübadiləsini tənzimləyir.Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları qanun layihəsinin önəmindən danışıblar. Onlar Azərbaycanın bundan əvvəl də bir neçə ölkə ilə belə Saziş imzaladığını, bu cür əməkdaşlığın ölkəmizin artan nüfuzunun və uğurlu xarici siyasətinin göstəricisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, dövlətimizin milli maraqlarına tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır.Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır