Milli Məclisinin sektor müdirini qətlə yetirənə ağır cəza

Milli Məclisinin sektor müdirini qətlə yetirənə ağır cəza
SOSİAL
16:53 14.02.2017
1035

 

Milli Məclisin sektor müdiri olmuş həyat yoldaşını qətlə yetirən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, M. Qasımi 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb. Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib. Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.


///Lent.az
OXŞAR XƏBƏRLƏR