Milli Olimpiya Komitəsindən təkzib: "İddia absurd və əsassızdır"

Milli Olimpiya Komitəsindən təkzib: "İddia absurd və əsassızdır"
İDMAN
19:10 06.06.2020
1514
Milli Olimpiya Komitəsi (MOK) açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, iyunun 5-də "insidethegames.biz” saytında "Maklarenin hesabatında Azərbaycan prezidenti,  Ayana dopinq cəzalandırılmasını gecikdirdiyinə görə təşəkkür etdiyi deyilir” başlığı ilə məqalə dərc olunub.

Orada qeyd olunur ki, Kanadalı professor Riçard Maklaren Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə də toxunub. Belə ki, iddiaya görə Azərbaycan Milli Olimpiya Komitəsi 2016-cı ildə IWF prezidenti Tamaş Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə  görə təşəkkür edib. Hesabata əsasən, bu kömək 2013-cü ildə qadağan olunmuş preparatları qəbul edərək dopinq cəzasına məruz qalmış 18 azərbaycanlı ağır atletin həmin cəzasının tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabr ayında Bakıda keçirilən nüfuzlu Beynəlxalq Qran-Pri yarışında iştirakına imkan verilməsindən ibarət olub. Mütləq şəkildə bildirilməlidir ki, iddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır. Belə ki, Ümumdünya Antidopinq Məcəlləsinə əsasən antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın tarixinədək əldə etdiyi bütün nəticələri ləğv edilir. Bu isə o deməkdir ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul edilənə qədər idmançının hər hansı yarışda iştirakının heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də həmin hesabatda qeyd edilən bu və digər iddialar əsassız, qərəzli xarakter daşıyır. Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi belə bir "təşəkkür” məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyildir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
07:12 29.10.2026
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Maduronun işinə baxan hakim vəfat edib
07:00 29.10.2026
Maduronun işinə baxan hakim vəfat edib
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu